Ukrayna Savçenkonu rusiyalı hərbçilərlə dəyişdirəcək


19:08     19 Aprel 2016 dəyişdiriləcə.jpg

Ukrayna Ədliyyə Nazirliyi Rusiyada həbsdə saxlanılan ukraynalı pilot Nadejda Savçenkonun ölkəyə gətirilməsi ilə bağlı fəaliyyətə başlayıb.


Femida.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ali Radanın “Milli Cəbhə” fraksiyasının rəhbəri Maksim Burbak bildirib.

“Ədliyyə naziri Pavel Petrenko artıq işə başlayıb”, - deyə o, Radanın iclasında deyib.

Qeyd edək ki, dünən Ukrayna məhkəməsi Dondasda saxlanılan rusiyalı hərbçilər Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevə 14 illik həbs cəzası verib. Onların N. Savçenko ilə dəyişdiriləcəyi gözlənilir.

Xatırladaq ki, 35 yaşlı N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur.

Açar sözlər:

Oxunub: 838