Zəlzələ qurbanlarının sayı 480 nəfərə çatdı


03:58     20 Aprel 2016 87b577a769633cecd4f74d7c345684a9.jpg

Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 480 nəfərə çatıb.


Femida.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, Boliviya, Kolumbiya və Venesuela daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər.

Bundan əvvəl 413 nəfərin öldüyü bildirilib.

7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1005