Müharibə veteranlarına şad xəbər - Sərəncam
00:29 21 Aprel 2016
Prezident İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamla 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1 000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bu sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 9 milyon manat ayrılıb, Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın həmin şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxunub: 3560
Oxşar xəbərlər
- Müharibədə əsir düşmüş azərbaycanlı ölüb - Meyiti yandırılıb
- Müharibə veteranlarına fəxri fərman verilib - FOTOLAR
- Müharibə əlillərinə ev verildi - FOTO
- Müharibə veteranlarından Roma papasına - Müraciət
- Müharibə veteranları Papaya müraciət etdi
- Müharibə başlasa, cəbhəyə gedərsiniz? – SORĞU
- Müharibə başlayır? – ŞƏRH
- Müharibə veteranlarının təqaüdü artırıldı
- Müharibə əlillərinin Prezident təqaüdü artırıldı
- Müharibə iştirakçısı: “Laçın sakinləri vuruşmadı”