İlk üzən nüvə stansiyası Çində


18:41     22 Aprel 2016 FloatingNukes.jpg

Çin Cənubi Çin dənizində üzən nüvə stansiyası inşa etməyi planlaşdırır.


Femida.az xəbər verir ki, çinli mütəxəssislər üzən nüvə stansiyanın Cənubi Çin dənizində süni adaların inşası işlərində məhsuldarlığı əhəmiyyətli dərəcədə artıracağına inanır. Dənizdə hərəkət edə bilən və sabit enerjini təmin edəcək üzən nüvə stansiyanın platformasının inşası üçün işlər görülür.

Çinin Gəmi İnşası Sənayesi şirkətinin (CSIC) direktoru Liu Cıngguo üzən nüvə stansiyanın üstünlüklərinin olduqca çox olduğunu və bu stansiyaların dənizdə qazma platformalarında da istifadə edilə biləcəyini deyib.

Çinin ilk üzən nüvə stansiyanın platformasının 2019-ci ildə suya endirilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 1239