Fransanın dövlət katibi Bakıya gəlir


23:28     22 Aprel 2016 1461334094.jpg

Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir (Harlem Désir) aprelin 26-da Azərbaycana səfər edəcək.


Fransanın Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, A.Dezir Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

Səfər zamanı ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Açar sözlər:

Oxunub: 1183