Fransanın yeni prezidenti and içəcək
15:36 14 May 2017
Bu gün Fransanın yeni seçilən prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçiriləcək.
Femida.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, inauqurasiya mərasimi ilə əlaqədar Parisdə fövqəladə təhlükəsizlik tədbirləri görülür.
Fransa paytaxtında 1,5 min polis və jandarma səfərbər edilib, hərbçilər patrul xidməti həyata keçirir. Avtomat silahlı polislər avtobuslarla Emmanuel və Bricit cütlüyünün yaşadığı Kler küçəsini bağlayıb. Makron cütlüyü 2016-cı ildən bu küçədə binada yaşayır. Məhz buradan E. Makron zirehli avtomobilə Yelisey sarayına yollanacaq, yerli vaxtla saat 10.00-da (Bakı vaxtı ilə saat 12.00) çıxış edəcək. Həyat yoldaşı isə 10 dəqiqə sonra Yelisey sarayına təşrif buyuracaq. Hazırkı Fransa prezidenti Fransua Olland evli olmadığı üçün E. Makronu tək qarşılayacaq.
Femida.az
Oxunub: 784
Oxşar xəbərlər
- Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı - Muxtarovun həyat yolu
- Fransanın Azərbaycandakı Səfirliyində viza ilə bağlı yeni qayda
- Fransanın yeni baş naziri məlum oldu
- Fransanın yeni prezidenti bu gün məlum olacaq
- Fransanın baş nazirinin evi qarət edilib
- Fransanın daxili işlər naziri istefa verib
- Fransanın dövlət katibi İlham Əliyevin qəbulunda
- Fransanın daxili işlər naziri Azərbaycana buraxılmayacaq
- Fransanın cənubunda 2 partlayış baş verib
- Fransanın dövlət katibi Bakıya gəlir