İrəvanda polis jurnalistləri döydü - VİDEO


02:46     23 Aprel 2016 jur%20doydu%2021%20aprelll.jpg

Bu gün axşam saatlarında Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş edən aksiya iştirakçıları polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis əməkdaşları güc tətbiq edərək bir neçə aksiya iştirakçısını saxlayıb.

Aksiyanı işıqlandıran jurnalistlər polis tərəfindən döyülüb.

“Güc tətbiqi ilə həmçinin Birinci İnformasiya portalının operatorları Narek Barsegyan və Sevak Soqomonyan saxlanılıb, videoavadanlıq zədələnib”, - məlumatda bildirilib.


Açar sözlər:

Oxunub: 2073