Nardaranlılar silahlarını polisə təhvil verdi


16:33     23 Aprel 2016 silah%20sursat89.JPG

Nardaran qəsəbəsinin iki sakini saxladıqları silah-sursatı könüllü olaraq polisə təhvil veriblər.


Femida.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Nəsimi Aslanov “AKM” markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunan Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1438