Davudoğlunun istefası xəbəri türk lirəsini çökdürdü


15:37     05 May 2016 davudoglu.jpg

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin fonunda türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşıb.


Femida.az xəbər verir ki, Türkiyənin milli valyutası dollara qarşı 3,9% zəifləyib ki, bu da 2008-ci ildən etibarən ən kəskin ucuzlaşmadır.

Türk lirəsi dollarla müqayisədə 7,2 faiz dəyərdən düşərək - 2,98 TL/USD olub.

Qeyri-rəsmi məlumatlara görə, baş naziriin istefa verəcəyi halda, dolların məzənnəsinin 3,00 liranı ötəcəyi ehtimal edilir.

Qeyd edək ki, bəzi KİV-in verdiyi xəbər əsasən, bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək. İddia edilir ki, baş nazir Əhməd Davudoğlu partiya başqanlığına namizəd olmayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1304