MSK seminar keçirəcək
18:38 06 May 2016
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, mayın 7-də keçiriləcək seminarda 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur.
Seminarda MSK və Ombudsman Aparatının nümayəndələri tərəfindən əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq.
Femida.az
Oxunub: 1264
Oxşar xəbərlər
- MSK-nın iclası keçirilib
- MSK sabah referenduma yekun vuracaq
- MSK: `Seçici fəallığı 69,7 faiz olub`
- MSK sədri də səs verdi
- MSK və DİN zona müşavirəsi keçirdi
- MSK YAP-ın təşviqat qrupunu qeydə aldı
- MSK-da referendumla bağlı ekspert qrup yaradılıb
- MSK Ağdaşdakı seçkilərə yekun vurdu
- MSK sədri AŞPA nümayəndələri ilə görüşdü
- MSK İlqar Məmmədovun şikayətini təmin etmədi