Traktorun altında can verdi - Şəmkirdə


17:13     10 May 2016 tecili%20yardim1.jpg

Şəmkirdə traktorun təkəri altında qalan şəxs ölüb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 9-da Şəmkir rayonunun Qasmalılar kəndində rayon sakini Zakir İbadullayev özünə məxsus traktoru işə salmaq üçün itələyib minmək istəyərkən yıxılaraq təkərin altına düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1067