FİFA prezidenti “Qarabağ”ı təbrik etdi


19:42     10 May 2016 fifa5.jpg

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqada 2015/2016 mösümünün qalibi “Qarabağ”ı təbrik edib.


Femida.az xəbər verir ki, İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ailəsi adından “Qarabağ” (Ağdam) klubunu Azərbaycan çempionu olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1118