FİFA prezidentinə qarşı cinayət işi açılıb


03:09     26 Sentyabr 2015 fifa.jpg

İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.

Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.

Açar sözlər:

Oxunub: 1145