Millimizin ikinci qələbəsi


02:00     18 İyun 2015 88415.jpg

Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.


Femida.az AFFA-nın saytına istinadən məlumat verir ki, Estoniya yığması ilə görüşdə komandamız 3:0 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Yaiza Reala, Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Qazaxıstan komandası üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Açar sözlər:

Oxunub: 775