Növbəti qələbəyə imza atdıq: 11-ci qızıl - Yenilənib


03:50     18 İyun 2015 1434514965.jpg

Bu gün Avropa Oyunlarında taekvando üzrə yarışlar davam edir. Femida.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanı 1 qadın, 1 kişi olmaqla iki idmançı təmsil edəcək.


68 kq çəki dərəcəsində Ayxan Tağızadə tatami üzərinə çıxacaq. O, serbiyalı Pantar Jure ilə qarşılaşacaq. Görüş 10:45-də start götürəcək.

Qadınların yarışında ölkəmizi 57 kq çəki dərəcəsində Günay Ağakişiyeva təmsil edəcək. Xanım idmançımız serbiyalı Draqana Qaldoviçlə üz-üzə gələcək. Bu qarşılaşma 10:30-da başlayacaq.

***

57 kq çəki dərəcəsində Günay Ağakişiyeva serbiyalı Draqana Qaldoviçlə mübarizədə 8-4 uduzdu.

***

Ayxan Tağızadə yarışa uğurlu start verib. O, sloveniyalı Yure Pantarla döyüşdən 11:3 hesablı qələbə qazanıb.

***

Ayxan Tağızadə ispan idmançı ilə mübarizəyə başlayır və 4-0 idmançımız irəlidədir. Hesab 4-0-dır. idmançımız 7-5 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

***

Yarımfinalda Ayxan Tağızadənin rəqibi rusiyalı Aleksey Denisenkodur. Görüş başladı. Hesab 2-1 Ayxanın xeyrinədir. Hesab 7-1 idmançımızın xeyrinədir. Ayxan 7-5 hesabı ilə rəqibinə qalib gələrək finala yüksəldi.

Qeyd edək ki, prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da idmançımızın yarımfinal görüşünü izləyib.

***

Ayxan Tağızadə polşalı Karol Robakla üz-üzədir. O, qızıl medal uğrunda döyüşür.

***

İdmançımız 0:2 hesabı ilə uduzur.

***

Ayxan 1:2 hesabı ilə uduzur.

***

Təmsilçimiz 1:3 hesabı ilə geridədir.

***

Ayxan başa zərbəylə 5:4 irəlidədir.

***

9:4 hesabı ilə idmançımız öndədir.

***
Rəqib 1 xal qazanır. Hesab 9:5 Ayxanın xeyrinədir.

***

Polşalı idmançı daha bir xal qazanır. 9:6

***

Hesab bərabərləşdi. 9:9

***

Ayxan qızıl medala sahib oldu.

Açar sözlər:

Oxunub: 955