Məhkəmənin hakimi vəfat etdi


15:17     12 May 2016 YASAMAL9.png

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qasımova Mətanət Eynulla qızı uzun sürən xəstəlikdən sonra vəfat edib.


Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımova uzun sürən onkoloji xəstəliklə mübarizədən yenik düşərək dünyasını dəyişib.

Qeyd edək ki, 1980-ci ildə dünyaya gözünü açan Mətanət Qasımova 2013-cü ildən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.

Bu vaxta qədər isə, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin makinaçısı, məsləhətçisi, Ali Məhkəmənin məsləhətçisi, Xətai Tikinti Mexanizasiya ASC-in hüquq məsləhətçisi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin məsləhətçisi vəzifələrində çalışıb.

Allah rəhmət etsin. Yaxınlarına səbr diləyirik.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 14310