Moskvadan Bakıya silah satışı ilə bağlı - Açıqlama


23:51     12 May 2016 rusiya%20xin.jpg

“Rusiyanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmaq lazım deyil. Rusiya digər ölkələrlə hərbi-texniki əməkdaşlığını aydın beynəlxalq hüquqi əsaslarda aparır”.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, bu məsələdə hansısa nüanslar, sözlərdə ikili ya üçlü məna axtarmağa ehtiyac yoxdur.

“Dağlıq Qarabağdakı vəziyyətin mürəkkəbliyini yaxşı başa düşürük. Əslində hansı metodların vəziyyətin sabitləşdirilməsinə gətirib çıxara biləcəyini anlayırıq. Bu metodlara ilk növbədə siyasi-diplomatik tənzimlənmə aiddir”, - deyə M. Zaxarova vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1442