Moskvadan Türkiyə şirkətlərinə dəvət


19:23     02 İyul 2016 1043.jpg

Rusiya ilə Türkiyə arasındakı əlaqələrin normallaşması üçün atılan addımlar öz bəhrəsini verir.


Femida.az xəbər verir ki, turizm sahəsində əldə olunan razılıqdan sonra inşaat sahəsində də canlanma müşahidə olunur.

Artıq Türkiyənin inşaat şirkətləri Rusiyadan 15 tenderə dəvət alıb. Yaxın günlərdə paytaxt Moskvada şirkətlər arasında görüşlərin keçirilməsi planlaşdırılır.

Türkiyə şirkətləri Sankt Peterburqda 300 km-lik bir yol inşası layihəsi, Novosibirskdə gübrə zavodu və Moskva yaxınlığında bir zavodun inşası üçün elan olunan tenderlərdə iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1234