Şəhid polkovnikin medalı ailəsinə təqdim edildi


16:24     14 May 2016 sehid%20vuqar%20yusifov.jpg

Aprelin əvvəllərində cəbhə bölgəsində ermənilərin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan hərbçimizə verilən orden ailəsinə təqdim edilib.


Femida.az xəbər verir ki, vətənin azadlığı uğrunda qəhrəmanlıq göstərən Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi polkovnik Vüqar Yusifova ölümündən sonra “Üçüncü dərəcəli Vətənə xidmətə görə” ordenlə təltif edilib.

Şəhidin ölümündən sonra təltif olunduğu medalın Şəmkirdə keçirilən təqdimolunma mərasimində Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib. Çıxışlarda şəhid hərbiçimizin döyüş yolu barədə məlumat verilib. Sonra şəhid Vüqar Yusifovun təltif edildiyi “Üçüncü dərəcəli Vətənə xidmətə görə” ordeni atası Nurəddin Yusifova təqdim olunub.

Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var.Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2628