Şəhidimiz sabah dəfn olunacaq


17:51     14 Dekabr 2017 13406777_128906647530436_7310227932166502826_n%20(1).jpg

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq.


Femida.az xəbər verir ki, o, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.

Femida.az

Açar sözlər:

Oxunub: 2046