Merkelin ofisinə kəsilmiş donuz başı atdılar


01:59     16 May 2016 merkel31.jpg

Almaniya kansleri Angela Merkelin vətəndaşlarla görüş keçirdiyi büronun qarşısına donuz başı atılıb.


Məlumata görə, polis əməkdaşları Merkelin seçkilərdə dəstəkləndiyi Ştralzunddaki bürosunun qarşısında səhər saatlarında donuz başı aşkar ediblər.

Neubrandenburq polisi, təxribatı törədənlərin Merkel üçün mesaj da qoyduqlarını bildiriblər. Ancaq mesajda nə yazıldığı haqda açıqlama verilməyib.

Kəsilmiş donuz başını əraziyə kimin qoyduğunu müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

"Stern Online" portalı Angela Merkelə qarşı edilən bu hərəkətə görə, polis tərəfindən “təhqir” maddəsi ilə cinayət işi açıldığını yazıb.

Merkel 1990-cı ildən başlayaraq Ştralzund bölgəsindən namizədliyini irəli sürür və hər dəfə də elə ilk turda qalib gəlir. (Anspress)

Açar sözlər:

Oxunub: 1726