Nazirə sualı olanların nəzərinə


22:58     16 May 2016 1444040130_fazil.jpg

Mayın 20-də vergilər naziri Fazil Məmmədov Yardımlı rayonunda Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 167) Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlarla görüşəcək.



Femida.az Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 6 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Muradəliyev Ruslan Ağamirzə oğlu, əlaqə telefonu (025) 254-64-48, mobil (070-835-34-44), Yardımlı rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Ağayev Rüfət Zakir oğlu, əlaqə telefonu: (025) 206-14-35, mobil (050-254-12-40), Masallı rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Hüseynzadə Radil Camal oğlu, əlaqə telefonu: (025) 215-42-26, mobil (050-254-43-23), Astara rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Seyidli Mirəli Mirkərim oğlu, əlaqə telefonu: (025) 225-14-47, mobil (050-254-37-08) və Lerik rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Xosrovov Malik Mütü oğlu əlaqə telefonu: (025) 274-45-86, mobil (055-389-14-16) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Açar sözlər:

Oxunub: 1064