Nazirə sözünüz var? - Bu xəbərə diqqət!


16:10     09 Yanvar 2017 publika.az1449853270mikayil.jpg

Təhsil naziri Mikayıl Cabbarov yanvarın 16-da Şirvan şəhərindəki Mədəniyyət Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 11, 12, 13 yanvar tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Femida.az

Açar sözlər:

Oxunub: 4863