NATO Rusiyaya qarşı müharibə elan edəcək - SON XƏBƏRDARLIQ
02:55 17 May 2016
Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO bu ölkəyə qarşı müharibə elan edəcək.
Bu barədə NATO-nun müttəfiq qüvvələri baş komandiri general Kurtis Skaparrotti bildirib.
Skaparrottinin sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq, təcavüzkar siyasətini davam etdirir. Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib.
Skaparrotti Rusiyanın təcavüzkar siyasətini hədəf alan açıqlamasına Moskvadan cavab gəlib. Rusiya müdafiə naziri Sergey Şoyqu, NATO-nun Rusiya sərhədindəki qüvvələrini artırmaq cəhdləri qarşısında cavab tədbirlərinin görüləcəyini bildirib. İkisi ölkənin qərbində, biri cənubunda olmaqla üç yeni hərbi diviziyanın yaradıldığı məlumatını verən Şoyqu, daha çox detal haqqında məlumat verməyib.
Lakin rus mənbələrinin verdiyi məlumata görə, yaxşı silahlanmış NATO qoşunlarına qarşı sürətli köçürülə bilən mobilizə kiçik hərbi birliklərlə müdafiə xətti yaradılıb. Müasir mexanikləşdirilmiş piyadalar, tank, panzer, zenit raketləri, topçu alayları, kəşf və elektron hərb daxil olmaqla bir çox fərqli tabur bir-birini dəstəkləyəcək şəkildə üç sahədə yer alacaq.
ABŞ-ın üçüncü divizionunu Avropada yerləşdirmə məsələsində Vaşinqtonu razı salmağa çalışacağını, beləliklə niyətinin ciddiliyini göstərəcəyini bildirən Skaparrotti, İtaliya və Almaniyada olmaq üzrə ABŞ-ın iki batalyonunun artıq Avropada olduğunu xatırladıb. (Ans)
Oxunub: 6586
Oxşar xəbərlər
- NATO-nun rəsmi himni qəbul edildi
- NATO Azərbaycanın bu addımını alqışladı
- NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadılıb
- NATO Azərbaycan hərbçilərinə təlim keçir
- NATO-nun nümayəndə heyəti Bakıya gəlib
- NATO Türkiyədən üzr istədi
- NATO PA-nın seminarında Qarabağ təxribatı
- NATO Əfqanıstandakı əsgərlərin sayını artıracaq
- NATO-nun xüsusi nümayəndəsi İlham Əliyevin qəbulunda
- NATO Baş Katibinin xüsusi nümayəndəsi Bakıya gəlir