Məmmədyarov Qətərə səfər edəcək


19:35     18 May 2016 elmar%20m.jpg

Azərbaycan xarici işlər nazirinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin 21-23 may tarixlərində Dohaya səfər edəcəyi gözlənilir. Məqsəd “Sabitlik və çiçəklənmə hamı üçün” adlı 16-cı Doha Qlobal Forumunda iştirak etməkdir.


Bu barədə Qətərin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə danışıb.

E. Məmmədyarov mayın 22-də “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı birinci plenar sessiyada çıxış edəcək.

Artıq BMT baş katibi Pan Gi Munun da forumda iştirak edəcəyi təsdiqlənib.

Qeyd edək ki, 16-cı Qlobal Doha Forumunda beynəlxalq, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki vəziyyət, qlobal iqtisadiyyat, inkişafda olan ölkələrdə vətəndaş cəmiyyətinin inkişafı və davamlı inkişaf kimi məsələlərin müzakirəsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 940