XİN-dən Əfqanıstandakı təyyarə qəzası ilə bağlı - Rəsmi açıqlama


16:50     19 May 2016 XIN38.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda qəzaya uğrayan “SilkWay” şirkətinə məxsus təyyarə ilə bağlı araşdırmala başlayıb.


Bunu Femida.az açıqlamasında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır. Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür.

Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1109