Oqtay Əsədov Rusiyada Narışkinlə görüşüb - FOTO
19:18 19 May 2016
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 19-da Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.
Rusiya Dövlət Dumasının sədri ölkələrimizin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. S.Narışkin bu ilin aprelində Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci iclasında yaxından iştirakına görə Azərbaycan parlamentinin sədrinə təşəkkürünü bildirdi və bu cür görüşlərin uğurla davam etdiriləcəyinə əmin olduğunu dedi. Dövlət Dumasının sədri bu ilin sentyabrında Rusiyada keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi barədə məlumat verdi.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın və Rusiyanın parlamentləri arasında əlaqələrin inkişafından danışaraq bildirdi ki, ölkələrimizin prezidentlərinin səyləri nəticəsində münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb, nümayəndə heyətlərimizin səfərləri zamanı 200-dən çox sənəd imzalanıb, daha 51 sənəd isə imzalanmağa hazırlanır.
Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkilərdə Milli Məclisin müşahidəçilər qrupunun yaxından iştirak edəcəyini söyləyən Oqtay Əsədov vurğuladı ki, Azərbaycanın Rusiyadakı böyük diasporunun nümayəndələri daim Rusiya dövlətçiliyini dəstəkləyib, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfələrini veriblər.
Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 894
Oxşar xəbərlər
- Oqtay Əsədov İrana gedəcək
- Oqtay Əsədov TürkPA Şura iclasında çıxış edib
- Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb
- Oqtay Əsədov Bişkekə gedir
- Oqtay Əsədov xanım deputata: `Milli Məclisə nə vaxt daxil olmusunuz?`
- Oqtay Əsədov neftin qiymətindən danışdı
- Oqtay Əsədovdan deputatlara: `Bir az sakit olun! İclas gedir`
- Oqtay Əsədov İtaliya Senatının sədr müavini ilə görüşüb
- Oqtay Əsədov Minskdə bir sıra görüşlər keçirib
- Oqtay Əsədov Belarusdadır