Bu gün 27 dərəcə isti olacaq


13:40     21 May 2016 1461742902_bahar-1024x640.jpg

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, şimal küləyi əsəcək, havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1016