Koreyalı həkimlər məcburi köçkünləri müayinə etdilər


19:38     21 May 2016 ca95dfc08c9f67c56f6d757794c75c5e.jpg

Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə koreyalı həkimlər xocavəndli məcburi köçkünləri müayinə edib.


Femida.az xəbər verir ki, Kyung Hee universitetinin Bakıda SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının koreyalı həkim və fizioterapevtləri Beyləqan rayon ərazisində yerləşən, 500 ailənin yaşadığı Xocavənd qəsəbəsində əzələ və oynaq xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə könüllü tibbi xidmət göstərib. Xocavəndli köçkünlər Koreyanın şərq təbabəti üsulları ilə müalicəyə cəlb olunub, dərman preparatları ilə təmin edilib.

“Sabaha sağlam ruhla” adlı aksiyada Koreya səfiri Kim Çanq-gyu və Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva da iştirak edib.

Aksiya Koreya Respublikasının Səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.(apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1434


Oxşar xəbərlər