NATO Əfqanıstanda qalmağa davam edəcək


20:51     21 May 2016 nato%20savas.jpg

NATO ölkələrinin xarici işlər nazirləri alyansın Əfqanıstandakı missiyasının müddətini 2016-cı ildən sonra uzatmaq qərarına gəliblər.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO-nun Əfqanıstandajı “Qətiyyətli dəstək” missiyasının müddəti 2016-cı ildən sonra uzadılacaq.

Y. Stoltenberq qeyd edib ki, Əfqanıstanın milli qüvvələri rəşadət, peşəkarlıq və qətiyyət göstərirlər, lakin ölkə çoxsaylı çağırışlarla üzləşir, buna görə də missiyanın müddəti uzadılacaq.

Baş katib əlavə edib ki, NATO əfqan ordusunu minimum 2020-ci ilədək maliyyələşdirmək niyyətindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 920