Poroşenko İstanbula gedir


18:42     21 May 2016 porosenko.jpg

Ukrayna Prezidenti Pyotr Poroşenko Ümumdünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək.


Femida.az xəbər verir ki, bu haqda məlumat prezidentin rəsmi saytında yer alıb.

Verilən məlumata görə, Poroşenko may ayının 22 və 23-də İstanbulda olacaq.

Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 913