Məmmədyarov qətərli həmkarı ilə görüşüb


23:40     21 May 2016 Məmmədyarov%20qətərli%20həmkarı%20ilə%20görüşüb.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə görüşüb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1179