Tacikistanda ömürlük prezident ola bilər - Referendum keçirilir


13:30     22 May 2016 02131.jpg

Bu gün Tacikistanda ölkə Konstitusiyasına düzəliş və əlavələrlə bağlı referendum keçirilir.


Femida.az verdiyi məlumata görə, əgər düzəliş və əlavələr ümumxalq səsverməsi yolu ilə qəbul olunarsa, Tacikistan prezidenti Emoməli Rəhmon istənilən qədər prezident seçilə biləcək.

Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endiriləcək. Əsas qanuna edilən əlavəyə əsasən, Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.

Qeyd edək ki, Tacikistan prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Azərbaycan Milli Məclisinin deputatları İqbal Məmmədov, Rüfət Quliyev və Mərkəzi Seçki Komissiyasının nümayəndələri referendumda müşahidəçi kimi iştirak edirlər.

Açar sözlər:

Oxunub: 1803