Boliviyada zəlzələ olub


22:18     22 May 2016 1410325067_ndoneziyada-65-balliq-zelzele-olub-cenubnews.jpg

Bu gün Boliviyanın cənubunda, Argentina sərhədindən 7 km uzaqlıqda 5,5 maqnitudalı zəlzələ baş verib.


Femida.az-ın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 8.20-də (Bakı vaxtı ilə 16.20) Boliviyanın Yakuiba şəhərindən 66 km cənub-qərbdə, Argentinanın Tartaqal şəhərindən 44 km uzaqlıqda baş verib. Zəlzələ ocağı 9,2 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 756