Qorbaçov Krımın ilhaqını dəstəkləyir


02:33     23 May 2016 600@0%20(48).jpg

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Krımın ilhaqı ilə razıdır.


ANS PRESS-in məlumatına görə, "Sunday Times" qəzetinə müsahibədə Qorbaçov "Putinin Krımı qaytarmaq" (Rusiyaya) ideyasını dəstəkləyib. O deyib ki, o da Putinin yerində olsaydı belə edərdi. "Mən xalqın iradəsinin tərəfdarıyam, Krımda çoxları Rusiya ilə birləşmək istəyirdi" - deyə qəzet Qorbaçovun statını gətirir.

"Mənim Putin kimi etməməyimə yeganə səbəb SSRİ-nin dağılmaması və Krımın onun bir hissəsi olması ola bilər" - deyə Qorbaçov fikirlərini izah edib.

"Sunday Times" qəzetinin müxbirinin qeyd edir ki, SSRİ-nin ilk prezidenti hələ də Sovet İttifaqının dağılmasına görə heyfslənir. Onun sözlərinə görə, "nəhəng sərvətləri və imkanları olan ölkə yox olub". "Bir çox rusiyalılar mənim kimi düşünür - onlar onu qaytarmaq istmirlər, amma dağılmasına görə hələ də heyfslənirlər."

Putinlə bağlı isə Qorbaçov qeyd edib ki, onların münasibətləri həmişə yaxşı olub. "Amma indi mən onları yaxşı adlandırmazdım. Münasibətlərimiz yoxdur."

Krım yarımadası 2014-cü ilin mart ayında Rusiya tərəfindən ilhaq edilib. Buna əsas kimi martın 11-də Krım Muxtar Respublikasının Ali Soveti tərəfindən qəbul edilən müstəqillik bəyannaməsi olub. Daha sonra Krım Muxtar Respublikası ilə Rusiya arasında ilhaq sənədi imzalanıb.

Krım Respublikası hazırda Rusiyanın nəzarətində olsa da dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Paytaxtı Siferopol şəhəridir. Hazırda Krımda 1,8 milyon əhali yaşayır. Onların 62%-i ruslar, 15%-i ukraynalılar, 12%-i tatarlardır.

Açar sözlər:

Oxunub: 905