Məktəbdəki yanğınla bağlı rəsmi - Açıqlama


14:36     23 May 2016 mektebde_yangin___1%20(6)23.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 95 nömrəli tam orta məktəbdə baş vermış yanğınla bağlı məlumat yayıb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Femida.az-a bildirilib ki, məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 3175