Keniyada toqquşmalar :ölənlər var


02:15     24 May 2016 fd148b087e8900edfe3efe7ad44da1b2.jpg

Keniyada polislə müxalifətçi nümayişçilər arasında baş verən toqquşmalar nəticəsində 3 nəfər ölüb.



Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iki nəfər Siayə, daha bir nəfər isə Kisumu şəhərində ölüb.

Bundan əvvəl paytaxt Nayrobi və Mombasa şəhərində baş verən toqquşmalarda polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su sırnaqlarından istifadə edib. Etirazçılar ölkənin Müstəqil seçki komissiyasını buraxılmasını tələb ediblər. Qeyd edək ki, Keniyada prezident seçkiləri 2017-ci ildə keçiriləcək.

Açar sözlər:

Oxunub: 550