Keniyada vəba həyəcanı - 3 nəfər öldü


22:30     19 May 2017 veba1.jpg

Keniyanın paytaxtı Nairobidə 3 nəfərin həyatını itirməsindən sonra vəba həyəcan siqnalı verilib.


Məsələ ilə bağlı açıqlama verən Nairobi əyaləti səhiyyə direktoru Bernard Muiya Karen bölgəsində toyda yedikləri yeməyə görə xəstəxanaya çatdırılan 7 nəfərdə vəba virusu aşkar edildiyini deyib. Muiya vəbaya yoluxan 3 nəfərin həyatını itirdiyini, aralarında xaricilərin də olduğu 5 nəfərin də müalicə altına alındığını bildirib.

Mümkün vəba virusuna qarşı Nairobi əyaləti daxilində 6 nəzarət mərkəzi qurulduğunu deyən Muiya qusma və ishal kimi şikayətləri olanların vaxt itirmədən xəstəxanaya müraciət etməli olduğunu diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1049