Hacıqabul sakinini gürzə sancdı


01:52     25 May 2016 32a4b119-cb5d-49a3-9517-7affd75c7763.jpg

Günorta saatlarında Hacıqabul şəhəri, Ordubadi küçəsi 20 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Hüseynov Xalis Pəncalı oğlunu gürzə ilanı sancıb.


Femida.az xəbər verir ki, Harami dağının ətəyində yerləşən Hacıqabul qazpaylayıcı stansiyasında işləyən X.Hüseynov elə iş vaxtı gürzə ilanının hücumuna məruz qalıb. O, ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilan əleyhinə zərdab vurulub.

Hazırda xəstənin vəziyyəti stabilləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 2453