Rusiya Türkiyəni məhkəməyə verir : Su-24-ə görə


15:50     26 May 2016 3B24DA19-35E1-456A-B5A6-50EC5BC5AAC7_mw1024_s_n6.jpg

Rusiya Türkiyəyə qarşı cinayət işi qaldırır.


Bu barədə “İnterfax” məlumat yayıb. Bildirilir ki, Türkiyə tərəfindən vurulan rus döyüş təyyarəsi Su-24-ün öldürülən pilotu ilə bağlı Moskva cinayət işi açır. Xəbərdə qeyd edilir ki, aparılan araşdırmalara əsasən, rus hərbi pilot Oleq Peşkovun öldürülməsi ilə bağlı cinayət işinin açılmasına qərar verilib. Məlumata görə, istintaq və məhkəmə prosesi ilə bağlı artıq hazırlıqlar başlanıb.

Xatırladaq ki, ötən il noyabrın 24-də Türkiyə sərhədini pozan rus təyyarəsi Türkiyəyə məxsus F-16 tərəfindən vurulmuş, iki pilotdan biri olan Oleq Peşkov isə yerdən açılan atəş nəticəsində həyatını itirmişdi.

Açar sözlər:

Oxunub: 2917