Taliban yenidən hücuma keçdi: 75 ölü


04:40     28 May 2016 1464374021.jpg

Taliban qruplaşmasının Əfqanıstanın fərqli şəhərlərində təşkil etdiyi hücumlar nəticəsində ordunun 75 hərbçisi öldürülüb.


Femida.az xəbər verir ki, bu barədə qruplaşmanın saytı “Əl Emerah” məlumat yayıb.

Məlumata görə, Zabul, Paktia və Herat şəhərlərində təşkil edilən hücumlarda əfqan əsgərləri ilə yanaşı, 8 ABŞ hərbçisi də həlak olub.

Bundan əlavə, 10 zirehli avtomobil və 7 tankın da məhv edildiyi bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1080