Məmmədyarov NATO-nun iclasında çıxış edəcək


16:04     30 May 2016 elmar%20mmeddyarov9.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.


XİN-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nazir NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 may 2016-cı il tarixində Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 950