Femida.az-ın yazısı Ukrayna mətbuatında


02:18     31 May 2016 mett.PNG

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Femida.az saytının əməkdaşı Metsamor AES-in ən çox zərər vurduğu Türkiyənin İğdır bölgəsindən reportaj hazırlamışdı. Ukraynanın `Regionews` xəbər agentliyi həmin reportajı bu gün manşetə çıxarıb.


Qeyd edək ki, istifadə müddəti çoxdan bitən Metsamor Atom Elektrik Stansiyası 1988-ci il zəlzələsindən sonra radiasiya təhlükəsi səbəbi ilə bağlanılması müzakirəyə çıxarılıb, 1989-cu ildə bağlanıb. Köhnə texnologiya ilə inşa edilmiş Metsamor Atom Elektrik Stansiyası təkcə Ermənistanı yox, bütün bölgəni təhlükə altına atır.

Bundan əlavə Sovet hökuməti dövründə inşa edilən atom stansiyalarında VVER, PBMK, EGP və BN olmaqla dörd model reaktor istifadə edilirdi. 40 ilə yaxın aparılan təcrübə nəticəsində VVER modeli ilə işləyən stansiyaların etibarsız və təhlükəli olduğu birmənalı şəkildə təsdiq edilib. Belə ki, Ermənistandakı stansiyanın da VVER modeli ilə fəaliyyət göstərir. Həmçinin, maksimum radiasiya dərəcəsi 6 olmalı olduğu halda, Metsamor Atom Elektrik Stansiyasının radiasiya səviyyəsi 13-ü keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 1972