Məmmədyarovla Nalbandyan görüşməyəcək


01:50     01 İyun 2016 goruss394658.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyanın iyunda gözlənilən görüşü baş tutmayacaq.


Femida.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ləğv olunub. Balayan iyunun 2-də Nalbəndyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib.

Görüşün niyə ləğv olduğunun səbəbi isə hələlik açıqlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1372