Məmmədyarovla Nalbandyan görüşə bilər


13:14     26 Oktyabr 2017 ED7952E6-28F3-4B5B-BA97-6CB8896358FD_w1023_r1_s-785x487.jpg

Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar.


Femida.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu amerikalı həmsədr Endryu Şofer bəyan edib.

“Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir”, - deyə E.Şofer qeyd edib.

Onun sözlərinə görə, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiqdir: “ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”.

Femida.az

Açar sözlər:

Oxunub: 942