Köçəryan bizdən üzr istədi, dedi ki, ermənilər əclafdır


03:34     04 İyun 2016 1464976327.jpg

Erməni diasporunun nümayəndələri Ukraynanın Lvov şəhərində ermənilər tərəfindən Azərbaycan idmançılarına qarşı törədilən təxribatlara görə rəsmi şəkildə üzr istəyiblər.



Bu barədə Publika.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilyəti üzrə sədri Məcid Nuxiyev məlumat verib.

M.Nuxiyev deyib ki, mayın 17-də Ukrayna milli polisinin Lvov vilayəti üzrə Baş İdarəsi tərəfindən həmin şəhərdə brifinq təşkil olunub: “Həmin mətbuat konfransı zamanı Lvovdakı erməni diasporunun rəhbəri Nikolay Köçəryan Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəyib. Hətta Nikolay Köçəryan erməniləri bu hərəkətinə görə əclaf adlandırıb. Brifinq zamanı Nikolay Köçəryan deyib ki, “mən öz əclaflarımıza görə azərbaycanlılardan üzr istəyirəm”. Nikolay Koçaryan söz verib ki, oxşar hadisələr təkrarlanmayacaq”.

Xatırladaq ki, mayın 13-də Ukraynanın Lvov vilayətində yerləşən “Ukrayna sarayı” idman arenasında kanfu üzrə Azərbaycan və Ermənistan idmançıları arasında təşkil olunan döyüşdə separatçı “Dağlıq Qarabağ Respublası”nın bayrağı dalğanadırılıb. Daha sonra azərbaycanlı idmançılar və azerkeşlərin tələbi ilə həmin bayraq zaldan götürülüb.

Mayın 15-də isə 25-30 nəfərdən ibarət silahlı erməni dəstəsi Azərbaycan azarkeşlərinə qəfil hücum edərək, onlara xəsarət yetirib. Hadisə nəticəsində 6 nəfər azərbaycanlı xəsarət alıb ki, onlardan da ikisinə ermənilər tərəfindən güllə atılıb.

Açar sözlər:

Oxunub: 3363