Məhəmməd Əli vəfat etdi


13:21     04 İyun 2016 mehemm.jpg

Məşhur amerikalı boksçu Məhəmməd Əli cümə günü, iyunun 3-də 74 yaşında dünyasını dəyişib.


Bu barədə Femida.az NBC News-a istinadən xəbər verir.

O, Arizona ştatının Feniks şəhərinin xəstəxanalarından birində dünyasını dəyişib. İdmançı son günlərini məhz həmin xəstəxanada keçirib.

İyunun 3-də Əlinin ölüm ayağında olduğu açıqlanıb. Həkimlər idmançının sağalacağını proqnozlaşdırmırdılar.
Boksçu xəstəxanaya iyunun 1-də, ağ ciyərləri ilə bağlı problemlə əlaqədar yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat “İlin boksçusu”dur.

Öz karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub).

Femida.az

Açar sözlər:

Oxunub: 1608