Məhəmməd Peyğəmbərə həsr edilmiş 30 milyonluq film


02:11     19 Avqust 2015 məhəmməd%20peygəmbər.jpg

Tanınmış İran rejissoru və ssenaristi Məcid Məcidinin Həzrəti Məhəmməd haqqında çəkdiyi "Məhəmməd" filminin premyerası 36-cı Monreal Dünya Film Festivalında olacaq.


Femida.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran xəbər saytları yayıb.

Festival avqustun 27-dən sentyabrın 7-dək keçiriləcək. Festivalın açılışı "Məhəmməd" filminin təqdimatı ilə baş tutacaq.

Film Məhəmməd Peyğəmbərin uşaqlıq həyatından bəhs edir. Ekran əsəri İran və Türkiyə kino mütəxəssislərinin qarşılıqlı əməkdaşlığı əsasında baş tutub.

"Məhəmməd" filminin ümumi büdcəsi 30 milyon dollar təşkil edir. Ekran əsərində animasiya və aksiyon səhnələrdən də istifadə edilib.

Filmdə peyğəmbər obrazını ifa edən aktyorun üzü göstərilmir. Çəkilişlərin bir hissəsi Məkkə və Mədinə şəhərlərində aparılıb.

Xatırladaq ki, rejissor Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.

"Məhəmməd" filminin premyerası Monrealda nümayiş etdirilməklə bərabər, eyni vaxtda Tehranda da tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Məcid Məcidinin rejissorluğu ilə çəkilən filmin baş operatoru "Oskar" mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı isə "Oskar" mükafatının daha bir laureatı hindistanlı Allah-Raxa Rəhmandır.

Filmin ilk kadrları artıq yayımlanıb.

Açar sözlər:

Oxunub: 966