İndoneziyada vertolyot qəzası - ölən və yaralananlar var


21:13     04 İyun 2016 vertolyot%20qezas;.jpg

İndoneziyanın şərqində "Bell 206" vertolyotunun qəzaya uğraması nəticəsində pilot həlak olub.


Femida.az-ın “Rappler” portalına istinadla verdiyi xəbərə görə, hadisə bu gün ölkənin Papua əyalətində baş verib.

Məlumata əsasən, vertolyotun üç sərnişini sağ qalıb, lakin onların vəziyyəti kritikdir.

“Biz sərnişinləri tibbi yardım göstərilməsi üçün yaxınlıqda yerləşən Nabire şəhərinə təxliyyə etdik.”, - İndoneziya polisinin nümayəndəsi bildirib.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə rayonunda hava şəraitinin əlverişli olduğu deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1172