Ruhaninin Bakı səfərinin vaxti bilindi


15:50     13 İyun 2016 hasan%20ruhani-interaztvcom_2.jpg

“İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir. Səfər təxminən avqustun 8-10-u tarixlərinə planlaşdırılır”.


Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov ANS TV-nin “Hesabat" verilişində Mir Şahinin sullarını cavablandırarkən deyib.

O bildirib ki, Ruhaninin səfəri zamanı Rəşt-Astara dəmir yolunun tikintisi və ya maliyyəşdirilməsi ilə bağlı ilkin müqavilə imzalana bilər.

“İran ekspertlərinin hesablamalarına görə, Rəşt-Astara dəmir yolunun tikintisinin qiyməti 900 milyon dolların ətrafındadır. Amma biz həmin sənədlərin ekspertizasını keçirməmişik. Biz İran tərəfindən o sənədləri istəmişik. Sənədlər toplandıqdan sonra onlara həm Maliyyə Nazirliyinin, həm İqtisadiyyat Nazirliyinin, həm də Fövqəladə Hallar Nazirliyinin ekspertiza idarələri baxacaqlar”, - deyə Cavid Qurbanov qeyd edib.

Cavid Qurbanov deyib ki, sənədlər bərabər qiymətləndirildikdən sonra prezidentə məruzə ediləcək. “Biz çalışacağıq ki, Həsən Ruhani Bakıya gələnə kimi bu yolla əlaqədar ilkin müqavilə və ya yolun tikintisinin maliyyələşdirilməsinə yardımla bağlı hər hansı bir sənədi prezidentə təqdim edək. Prezident razılıq verdikdən sonra sənədlər imzalana bilər”.

Həsən Ruhaninin Azərbaycana səfər edəcəyi ilə bağlı bundan əvvəl də bir neçə dəfə məlumat yayılıb. Amma həmin xəbərlərdə İran prezidentinin Bakı səfərinin dəqiq vaxtı qeyd olunmayıb.

Açar sözlər:

Oxunub: 1740